Haqqımızda

«iSTEAM Mərkəzi» 2018-ci ildə yaradılan Azərbaycan şirkətidir.

Şirkət komanda işi üzrə təlimlər, XXI əsr bacarıqları olan "4C" bacarıqlarının (kreativlik, tənqidi düşünmə, ünsiyyət, əməkdaşlıq) inkişaf etdirilməsi məqsədilə yerli və beynəlxalq STEAM turnirlərinə iştirakçıların hazırlanması və digər STEAM xidmətlərini təklif edir. Bundan əlavə «iSTEAM Mərkəzi» innovativ tədris metodlarının inkişafı və təhsil prosesində  tətbiq edilən ən son texnoloji və iinovativ avadanlıqların satışı, təhsil proqramlarının, eləcədə təlimlərin təşkili ilə məşğul olur. Bu istiqamətdə mərkəz yerli və xarici təşkilatlar, müəssisələr və qabaqcıl texnologiya istehlakçıları ilə əməkdaşlıq edir. «iSTEAM Mərkəzi»ndə Robototexnika, 3D modelləşdirmə və 3D çap, Kodlaşdırma, Mühəndislik, Mexatronika və s. modullar üzrə təlimlər təşkil olunur.